AZ

"Ermənilər bizə azərbaycanlı demirdi, türk deyirdilər" – İradə Rizazadə EDNews-TV-də /VİDEO

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə EDNews-TV-də Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbudun qonağı olub. Verilişdə İradə Rizazadə İrəvanla bağlı xatirələrini bölüşüb:

"Mənim İrəvan xatirələrim çoxdur. Oradan çıxanda artıq gənc idim. Ermənilər bizə azərbaycanlı demirdi, türk deyirdilər. Həqiqətən də biz türkük. Onların hər zaman havadarları olub – ruslar, xarici qüvvələr onları dəstəkləyib. Bu səbəbdən İrəvanı özününküləşdirib, elə göstərməyə çalışıblar ki, orada heç azərbaycanlı yaşamayıb".

QHT sədri babasının İrəvanın mərkəzində yerləşən torpaqlarını xatırlayaraq, həmin dövrdəki çətinlikləri vurğulayıb:

"1988-ci ildə fevral ayında gecə səs-küylər başladı, ‘Gedin Qarabağı alın’ deyirdilər. Meydanlarda toplaşmalar oldu. Bizdən, azərbaycanlılardan tələb edirdilər ki, Qarabağın Azərbaycana aid olduğunu təsdiq edək. Amma heç kim bu təzyiqlər altında belə, həmin sözü dilinə gətirmədi, çünki nə ilə qarşılaşacağını bilirdi".

İradə Rizazadə İrəvandakı tarix muzeyində atası ilə keçirdiyi anları xatırlayaraq, həmin dövrün azərbaycanlılar üçün necə ağrılı keçdiyini dilə gətirib.

Daha ətraflı İradə Rizazadənin xatirələrini EDNews-TV-də yayımlanan videoda izləyə bilərsiniz:

 

Pərvanə Fərhadqızı

Seçilən
6
qht.az

1Mənbələr