AZ

Daha 4 universitetə akkreditasiya verilib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizmvə Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi KaspiUniversitetinin institusional akkreditasiya nəticələri “əsasənuyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiyaedilib.

Trend xəbərverir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən(TKTA) bildirilib.

Qeyd edilib ki, bununla bağlı noyabrın 28-də Elm və TəhsilNazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.

"İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cütəqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasınınkeçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində(Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizmvə Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi KaspiUniversiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmışinstitusional akkreditasiya qiymətləndirilməsinin nəticələrininmüzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmışyekun hesabatlar təqdim edilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğunolaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AzərbaycanTurizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və QərbiKaspi Universitetinin institusional akkreditasiya nəticələri“əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinəakkreditasiya edilməsi qərarı alınıb.

Gəncə Dövlət Universitetinin institusional akkreditasiyanəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olanakkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinəuzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrarakkreditasiya edilməsi qərara alınıb.

Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsilmüəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ayərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsinəzərdə tutulur"

Məqalədə:
Seçilən
11
18
az.trend.az

10Mənbələr