AZ

ABŞ nüvə silahının çatdırılma sistemlərini yeniləyir - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ nüvə triadasını modernləşdirərək, nüvə silahının çatdırılma vasitələrini yeniləyir. Bu barədə "Roskongress" təşkilatının hesabatında qeyd olunub.

Hesabata görə, 2035-ci ilə qədər bu sistemlərin 100%-i layihə istismar müddətini orta hesabla 30 il ötəcək. 2040-cı illərin əvvəllərində isə bütün ABŞ nüvə çatdırılma vasitələri istismar müddətinin sonuna çatacaq.

Xüsusilə,  ABŞ-də mövcud Minuteman III raketlərini əvəz edəcək yeni LGM-35 Sentinel qitələrarası ballistik raketi (QBR) hazırlanır. Bundan başqa, Ohio sinifli ballistik raketli sualtı qayıqların yerini Columbia sinifli nüvə raket daşıyıcıları alacaq.

Hesabata əsasən, nüvə triadasının hava komponentinə daxil olan 46 strateji B-52H bombardmançısı və 20 B-2A strateji bombardmançısı 2050-ci ilə qədər B-21 Raider bombardmançıları ilə tam əvəz olunacaq. Bu yeni bombardmançılar 2027-ci ildən silahlanmaya daxil ediləcək.

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov daha əvvəl ABŞ siyasətçilərinin Ukraynaya nüvə silahı ötürülməsi ehtimalını müzakirə etməsi ilə bağlı məlumatları şərh edib. Lavrov bildirib ki, belə qərarlar ABŞ prezidentinin səlahiyyətindədir və siyasətçilərin eskalasiyadan danışmaları vəziyyəti gərginləşdirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr