AZ

Almaniyada elektrik enerjisinin qiyməti arta bilər

Almaniyada elektrik enerjisinin qiyməti arta bilər

Almaniyada yaxın vaxtlarda havaların soyuması səbəbindən külək enerjisi istehsalında azalma müşahidə olunacaq ki, bu da elektrik enerjisinin qiymətlərini, kömür və linyit elektrik stansiyalarından asılılığı artıra bilər. Bu barədə "Bloomberg" məlumat yayıb.Elektrik enerjisi qiymətlərinin gələn həftə 3% artacağı proqnozlaşdırılır, çünki daha bahalı və daha az ekoloji təmiz enerji mənbələrinə tələb artmaqda davam edir.Vəziyyəti Dunkelflaute fenomeni - bərpa olunan mənbələrdən enerji istehsalının faktiki olaraq dayandığı dövrlər daha da ağırlaşdırır. Agentlik bildirir ki, külək və günəş enerjisinin aşağı istehsalı ənənəvi elektrik stansiyalarının yükünü artırır.

Seçilən
7
afn.az

1Mənbələr