Macarıstanda Müdafiə Nazirliyinin tərkibində silahlı qüvvələrə və mülki personala Türkiyə türkcəsinin tədrisi məqsədilə Budapeşt Yunus Əmrə İnstitutu (YEE) ilə əməkdaşlıq protokolu imzalanıb.
YEE Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi və koordinasiyası ilə Macarıstan Müdafiə Nazirliyi ilə imzaladığı protokolla Türkiyə-Macar Mədəniyyət İli çərçivəsində Macarıstandakı təhsil və mədəni əməkdaşlıq fəaliyyətlərinə daha birini əlavə etdi.
Protokol Macarıstan Müdafiə Nazirliyi silahlı qüvvələrinin şəxsi heyəti və nazirlik əməkdaşları üçün Türk dili kurslarının təşkilini nəzərdə tutur.
YEE təcrübəli Türkiyə mütəxəssislərinin tədris materialı dəstəyilə kurslar təşkil edəcək.
Türkcə kurslarında proqramlar hərbi terminologiya və müdafiə sahəsində xüsusi dil bacarıqlarının inkişaf etdirilməsi, türk dilindən gündəlik istifadəni təmin etmək üçündür. Bu yolla Macarıstan hərbi və mülki personalı türkiyəli həmkarları ilə daha effektiv ünsiyyət qura və birgə layihələrdə daha aktiv rol oynaya biləcək.