AZ

Ruslara uduzdular, federasiya prezidenti istefaya göndərildi

Sultan Hassanal Bolkiahın əmri ilə Bruney Futbol Federasiyasının prezidenti Feisal Eusoff vəzifəsindən azad edilib.

İdman.biz xəbər verir ki, təşkilatın sosial şəbəkələrində dərc olunmuş press-relizində belə deyilir: “Feisal Eusoffun istefası barədə qərar onun ölkə qanunları ilə bağlı bir sıra pozuntulara yol verməsi səbəbindən yekdilliklə qəbul edilib”.

Qeyd edək ki, noyabrın 15-də Bruney millisi Krasnodarda yoldaşlıq görüşündə Rusiya komandasına 0:11 hesabı ilə məğlub olub. Bu, Rusiya yığmasının tarixində ən böyük qələbəsidir.

İdman.biz

Seçilən
11
1
idman.biz

2Mənbələr