AZ

İlon Mask ABŞ konqresmenininmüraciətinə dəstək verdi – ÖZƏL

Amerikalı iş adamı İlon Mask, ABŞ Konqresinin üzvü Tomas Massinin prezident Co Baydenə müraciət edərək WikiLeaks-in qurucusu Culian Assanjın əfv edilməsini istəməsinə müsbət reaksiya verib. 

Olaylar.az xəbər verir ki, Mask bu dəstəyini X sosial şəbəkəsində ifadə edib.

"Əla," - deyə Mask qısa şəkildə bu xəbərlərə münasibət bildirib.

Xatırladaq ki, bu ilin yayında Culian Assanj Böyük Britaniya həbsxanasından azad edilib və vətəni Avstraliyaya uçub.

Assanjın azadlığa çıxmasını şərh edən amerikalı jurnalist Taker Karlson, nəhayət yaxşı bir insanın azadlığa qovuşduğunu bildirib və vəziyyətin dəyişdiyini vurğulayıb.

Daha sonra Assanjın atası Con Şipton Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib. Onun sözlərinə görə, Rusiya lideri WikiLeaks-in qurucusunun müdafiəsinə qalxan ilk dövlət başçısı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
6
olaylar.az

7Mənbələr