AZ

Suriyada Əsəd rejiminə böyük zərbə– 50-dən çox kəndi ələ keçirən müxaliflər Hələbin bir addımlığında, Rusiya da hərəkətə keçdi…

Image

Suriyada Bəşər Əsəd rejimi qüvvələri ilə toqquşan rejim əleyhdarı silahlı qrupların Hələb şəhərinin bir kilometrliyinə qədər yaxınlaşdıqları bildirilir.

Toqquşmalar ilk olaraq Hələb vilayətinin qərbində dünən səhər tezdən başlayıb. Hələb və İdlib vilayətlərində Əsəd rejimi ilə iki gündür davam edən qarşıdurmalarda rejim əleyhdarı “Heyet Tahrir Şam” 400 kvadrat kilometr ərazini nəzarətə götürüb.

Son məlumatlara görə, silahlı qruplar Hələbin ucqarlarından biri olan Yeni Hələb rayonuna yaxınlaşıblar. Hazırda onların Hələb şəhərinin kənar məhəllələrinin bir kilometrliyində olduğu bildirilir.

İki gün davam edən qarşıdurmalardan sonra rejim əleyhdarı qruplar Hələb və İdlibdə 56 yaşayış məntəqəsini nəzarətə götürüb. Əsəd rejiminə qarşı hücuma keçən “Heyet Tahrir Şam” qruplaşmasına qarşı döyüşlərdə Suriyanın müttəfiqi Rusiya da iştirak edir. Rusiya Hərbi Hava Qüvvələri Suriya Hərbi Hava Qüvvələrilə birgə silahlı qruplaşmanın bazalarına bombalayır.

Bu arada, İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, Hələbin qərbində qarşıdurmalar zamanı iranlı briqada generalı Kiyamurs Haşimi “Heyet Tahrir Şam” qruplaşması tərəfindən öldürülüb. 

Suriyanın şimalında da, toqquşmaların olacağı gözlənilir. Belə ki, Suriya Milli Ordusu terror təşkilatı PKK/YPG-yə qarşı Tel Rıfat bölgəsinə hərbi qüvvə yığmağa başlayıb. Bildirilir ki, çox sayda müxalif qrup üzvü və hərbi maşın konvoylarla Tel Rifat bölgəsinə gedib.

TAHİR





Seçilən
14
38
baki-xeber.com

10Mənbələr