Rostov vilayətində “Atlas” neft bazasına hücum edilib və bazadavyanğın baş verib.Qubernatorun sözlərinə görə, Rostov vilayətində bir gecədə 29 Ukrayna pilotsuz uçan aparatı məhv edilib. Rəsmi şəxs əlavə edib ki, Kamenski rayonunda “sənaye obyekti” yanıb, lakin tələfat yoxdur.Media orqanları müəyyən edib ki, söhbət bu ilin avqustunda hücuma məruz qalmış “Atlas” zavodunun neft bazasından gedir. Baza Rusiya ordusunu, o cümlədən ələ keçirilmiş əraziləri neft məhsulları ilə təmin edir.Rusiya Müdafiə Nazirliyi səhər saatlarında bəyan edib ki, noyabrın 29-na keçən gecə Rusiyanın 5 vilayətində azı 47 Ukrayna pilotsuz təyyarəsi vurulub. Həmçinin Tuapse kurort şəhəri də kütləvi hücuma məruz qalıb.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Çox oyun oynamağın zərərləri
Elon Musk tezliklə Kanadada iflic olan insanlar üçün robot qolu sınaqdan keçirməyə başlayacaq
Peter Stano: "Bütün Aİ ölkələri Netanyahu və Qalantı həbs etməyə borcludular"