AZ

Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılırmı?



Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən toy baş tutmadığı təqdirdə nişan zamanı tərəflərə verilmiş qızıl-zinət əşyaları geri qaytarılmalıdır❗️
Məhkəmənin əsaslandırmasına əsasən qızıl-zinət əşyalarının geri qaytarılmaması isə ƏSASSIZ VARLANMA kimi qiymətləndirilmişdir.
AR Mülki Məcəlləsinin 1091-1092-ci maddələrinin tələblərinə əsasən ƏSASSIZ VARLANAN o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır!
Seçilən
55
newscenter.az

1Mənbələr