AZ

“Ukrayna dairəsi”ndəki tıxac nə zaman bitəcək?

Xəbər verdiyimiz kimi, Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb. Təmir nəticəsində burada turbo dipli dairəvi hərəkət sxemi təşkil olunacaq.

Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, mübahisəli nöqtələr minimuma endiriləcək və təhlükəsizlik təmin olunacaq. Bundan başqa, dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq.

Milli.Az xəbər verir ki, yeni layihəyə əsasən, Məhəmməd Hadi küçəsindən Vunq Tau küçəsinə, həmçinin Neapol və Aşıq Ələsgər küçələrindən Məhəmməd Hadi küçəsinə  dairəyə daxil olmadan birbaşa sağa hərəkət etmək olacaq. Dairədə hərəkət 3 zolağa bölünəcək. Həmçinin yol kəsişmələrində piyada təhlükəsizliyinin təmin olunması üçün səki sahələri və eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.

Ukrayna dairəsində aparılan təmir isə öz növbəsində tıxaca səbəb olub. Bu da öz növbəsində sürücülərin etirazına səbəb olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, ilin sonuna kimi ərazidəki təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub. 

İnqilab Məmmədov
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr