AZ

Goranboy rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir – FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə həyata keçirir.

 

Ednews.net bildirir ki, bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, Naftalan, Tərtər rayonlarından sonra layihə çərçivəsində Goranboy rayonunda ciddi işlər başlayıb.

O, bildirib ki, Goranboy da Azərbaycanda minadan ən çox zərərçəkənin yaşadığı rayondur.

"İlkin məlumata görə Goranboy rayonundan yüz əllidən çox minadan zərərçəkən var. Layihənin bütün işçi heyəti - mən,  “Çıraq” Humanitar ictimai birliyinin sədri, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi üzrə təcrübəli ekspert Nadir Cəfərov, mina qurbanları, AMZA-nın idarə heyətinin üzvləri Ruhin Vəliyev, və Babaşov Xəzər regionda çalışırıq", - R.Kərimoğlu deyib.

 

AMZA sədri qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir.

 

O, layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəklərini deyib. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçirəcək. "Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək”, - deyə AMZA sədri qeyd edib.

 

R.Kərimoğlu Goranboy rayonunda bu işin icrası zamanı onlara yaxından köməklik göstərən rayon icra hakimiyyətinin rəhbərliyinə, icra nümayəndələrinə minnətdarlığını bildirib.









Seçilən
13
ednews.net

1Mənbələr