AZ

Əsgərimizin ölümünə görə baş leytenant həbs olundu - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq O.Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, H.Orucov noyabrın 9-da dünyasını dəyişib. Rəsmi məlumatda onun odlu silahdan açılmış atəş nəticəsində öldüyü qeyd edilib. 

Milli.Az

Seçilən
9
30
milli.az

10Mənbələr