Astroloqlar qeyd edir ki, Buğa bürcündə doğulan şəxslər polemikalardan qaçmağın, çərçivələrdə qalmağın tərəfdarıdırlar. Onlar estetik görünüşə önəm verirlər, bu səbəbdən də incəsənətə maraqlıdırlar. Hər zaman rahat və estetik bir mühit yaratmağa çalışırlar. Problem yaşandığı halda onun həllində məntiqli yollar tapa bilirlər və qeyri-müəyyənlikdən uzaq qalmağı üstün tuturlar.
Buğaları öz fikirlərindən döndərmək çətin olur. Bəzən dəyişikliklərə qarşı müqavimət göstərə bilirlər. Maddi təhlükəsizlik onlar üçün çox vacibdir və bəzən pula həddindən artıq fokuslanırlar. Rahatlıq sevən bir təbiətə sahib olduqları üçün bəzən tənbəl görünə bilərlər.
Modern.az saytı Milli Məclisin deputatlarının bürclərini araşdırır. Bu dəfə Buğa bürcündə doğulan parlamentarları təqdim edirik.
Zodiakın ikinci bürcündə doğulan deputatların ümumi sayı sadəcə 6 nəfərdir.
Milli Məclisdə Buğa bürcü işarəsi altında doğulan deputatların siyahısına onlar daxildir:
1. Ülviyyə Həmzəyeva
2. Məlahət İbrahimqızı
3. Erkin Qədirli
4. Göydəniz Qəhrəmanov
5. Rövşən Muradov
6. Vüqar Rəhimzadə