Rusiyanın müdafiə naziri Andrey Belousov rəsmi səfər üçün Şimali Koreyaya gedib.
Editor.az Rusiya Müdafiə Nazirliyindən verilən məlumata istinadla xəbər verir ki, paytaxt Pxenyandakı Sunan Beynəlxalq Hava Limanına enən Belousov və onu müşayiət edən Rusiya nümayəndə heyəti üçün Şimali Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsi tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. Şimali Koreyanın müdafiə naziri No Qvanq Çol rusiyalı həmkarını təyyarədən enərkən şəxsən qarşılayıb.
Səfər zamanı Rusiya müdafiə nazirinin Şimali Koreya administrasiyası ilə görüşəcəyi və iki ölkə arasında hərbi-siyasi münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
//Gülnarə Abasova, Editor.az