AZ

"İrana qarşı sanksiyalar yenidən tətbiq edilərsə, o zaman..."

\"Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları bərpa etsələr, iranlılar nüvə silahı əldə etməmək doktrinasının yanlış olduğuna inanacaqlar\".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi deyib. O, bəyan edib ki, ölkəsi Qərbin sanksiyaları yenidən tətbiq etmək təhlükəsi qarşısında nüvə silahı əldə etməyə keçə bilər. Erakçi bildirib ki, İran nüvə silahı istehsal etmək qabiliyyətinə və biliyinə malikdir, lakin bu, ölkənin təhlükəsizlik strategiyasının bir hissəsi deyil. Onun sözlərinə görə, Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları bərpa etsələr, iranlılar nüvə silahı əldə etməmək doktrinasının yanlış olduğuna inanacaqlar\".
 
Erakçi sabah Cenevrədə keçiriləcək İran və Avropa müzakirəçilərinin görüşünə toxunaraq deyib:

\"Əslində, bu görüş hazırkı vəziyyətdən çıxış yolunun olub-olmadığını öyrənmək üçün beyin həmləsidir. Mən bu görüşə nikbin baxmıram. Çünki İranın doğru tərəflə danışıb-danışmadığından əmin deyiləm. Avropa ölkələri. , xüsusilə Böyük Britaniya, Almaniya və Fransa buna qarşı mübarizə aparmırlar\".

Gülay
Seçilən
11
azxeber.com

1Mənbələr