AZ

Deputat nazirlik əməkdaşlarına təlim keçdi- ÖZƏL

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumların əməkdaşları üçün "Korrupsiyaya qarşı mübarizə və etik davranış" mövzusunda təlim təşkil olunub. Təlim Milli Məclisin deputatı Kamal Cəfərov tərəfindən keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə milləöt vəkili özü məlumat verib: "Təlimin əsas məqsədi dövlət qulluqçularının etik davranış qaydalarını sadə və başadüşülən şəkildə təqdim etmək, eyni zamanda, praktiki nümunələr vasitəsilə bu qaydaların tətbiqini asanlaşdırmaq idi. Təlim, həmçinin təhsil işçilərinin etik dilemmlər qarşısında düzgün və əsaslandırılmış qərar qəbul etmə bacarıqlarını inkişaf etdirməyə yönəlmişdi. Müzakirələr çox məhsuldar və uğurlu keçdi, iştirakçılar arasında fəal fikir mübadiləsi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr