“Fransa televiziyasında Azərbaycan əleyhinə təqdim edilən sənədli film onların bizim qələbəmizi hələ də həzm etmədiyini göstərir”
Redaktor.az xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O, əldə etdiyimizin qələbənin anti-Azərbaycan qüvvələrini təşvişə saldığını bildirib:
“44 gün ərzində biz böyük qələbə əldə edərək Azərbaycanın suverenliyi təmin olundu. Bu anti-Azərbaycan qüvvələri təşvişə salır. Onlar Azərbaycanı özlərinə təhdid kimi görür”.
Türkan İSGƏNDƏRLİ