AZ

“Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyarda yaxın vəsait yönəldilib”

“Sosial təminatın daha da gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Bu, özünü dövlət büdcəsinin sosial yönümlü xərclərinin dinamik olaraq artmasında da göstərməkdir. Belə ki, Vətən müharibəsindən sonra, 2021-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərin məbləği 12 milyard 202 milyon manat idisə, bu göstərici 2022-ci ildə 13.7 milyard manat, 2023-cü ildə 15.2 milyard manat, 2024-cü ildə 15 milyard 539 milyon və nəhayət 2025-c il üçün 16 milyard 909 milyon manat nəzərdə tutulub.

Göründüyü kimi, sosialyönümlü xərclər hər il əvvəlki ilə nisbətən artımla icra edilib. Bu, eyni zamanda, 2021-c il ilə müqayisədə illik sosial ayırmaların gələn il 4 milyard 707 milyon artırılacağı deməkdir. Digər tərəfdən, son 5 ildəki sosial paketlərin maliyyələşdirilməsinə əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Bu müddətdə həmçinin, Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait yönəldilib və 2025-ci ilin proqnoz göstərici nəzərə aldıqda bu rəqəm 22 milyard manatadək yüksələcək”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

 

Seçilən
13
1
qafqazinfo.az

2Mənbələr