AZ

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”

TəciliHələ ötən ilin sentyabrında TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirildi.Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulması olub.Amma nə qədər dəyişiklik edilsə də bu qurumda bütün işlər əvvəlki qaydasında gedir. Yeni, bir neçə il olar istismara verilmiş təcili yardım avtomobillərinə hər il yeni ehtiyyat hissələri alınır. Hər il eyni qaydada ehtiyyat hissələrinin alınmasına milyonlarla manat vəsait xərclənir. Səbəbi isə kiçik bir araşdırmada bəlli oldu.“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” tərəfindən “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı təcili yardım və “Hyundai Elantra”avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə başlanılan açıq tenderə 28.11.2024-cü ildə yekun vurulub. Müsabiqənin qalibi 105.564,69 manat təklifi ilə “İMPORT SUPPLY COMPANY ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və təchizatıçı ilə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Seçilən
11
yenisoz.az

1Mənbələr