Bir qabı sirkə ilə doldurub pəncərəyə qoysanız, bir çox faydasını görəcəksiniz. Təmizlikdə tez-tez istifadə edilən sirkə dezinfeksiyaedici kimi xidmət edir. Təsirli olduğu qədər təbii bir maddə olan sirkənin bilmədiyimiz bir çox faydası var.
News24.az pəncərəyə sirkə qoymağın faydalarını təqdim edir:
Sirkəni pəncərəyə qoysanız, ilk növbədə həşəratlardan xilas olacaqsınız. Kəskin qoxusuna görə milçək və qarışqa kimi zərərvericiləri evinizdən uzaqlaşdırır. Kəskin qoxusunu azaltmaq üçün sirkənin içinə 2 damcı limon yağı da sıxa bilərsiniz. Bundan əlavə, limon yağı sirkənin təsirini artıracaq.
Sirkənin başqa bir təsiri də yarana biləcək nəm, kif və göbələklərin qarşısını almasıdır. Ağ sirkəni bir qaba və ya 1 stəkan suda pəncərəyə qoya bilərsiniz. Bundan əlavə pəncərə və pəncərə kənarlarını sirkə ilə təmizləyə bilərsiniz.
Onu da qeyd edək ki, sirkə pis qoxunun qarşısını alan xüsusiyyətlərə malikdir. Pis qoxuları zərərsizləşdirmək qabiliyyətinə malik olan sirkə ətrafa təravətli qoxu verir. Ənənəvi inanclara görə, sirkə evdən pis enerjini çıxarır.
Məryəm İlhamqızı