Gürcüstanın hakim “Gürcü Azusu” partiyası Avropa İttifaqnın ölkədəki səfiri Pavel Herçinskini dezinformasiya yaymaqda günahlandırıb.
Teleqraf.com xəbər verir ki, partiya bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, P.Herçinskinin Gürcüstanın Avroatlantik inteqrasiya prosesini 4 il müddətinə dayandırması barədə sözləri həqiqətə uyğun deyil.
“Gürcüstan hökuməti assosiasiya sazişinin icrasına ciddi əməl edəcəyini və 2028-ci ilə qədər bu sənədin 90 faizini yerinə yetirəcəyini qəti şəkildə bəyan edib”, - bəyanatda deyilir.
Müəllif: Cəmilə Babayeva