AZ

Çində tapılan nəhəng kəllələr: Sirli qədim insan növü- ÖZƏL

Olaylar.az xəbər verir ki, Çində arxeoloqlar təxminən 200 min il əvvəl məhv olmuş, əvvəllər məlum olmayan qədim insan növünün qalıqlarını aşkar ediblər. Syuçzyayao adlı ərazidə tapılan 16 fərdin skeletləri Homo juluensis adlandırılan bu növə aid olduğu düşünülür. Onların əsas fərqləndirici xüsusiyyəti əhəmiyyətli dərəcədə böyük kəllə həcminə malik olmalarıdır. Bu növün kəllə həcmi 1600-1700 sm³ olduğu halda, müasir insanın (Homo sapiens) kəllə həcmi təxminən 1300 sm³ təşkil edir.

Araşdırmalar göstərir ki, Homo juluensis böyük dişlərə sahib olub, lakin baş ölçüsünün daha böyük olması onların əqli qabiliyyətlərinin daha yüksək olduğunu sübut etmir. Tədqiqatçılar, həmçinin, tapıntı yerində daş alətlər və heyvan sümükləri aşkar ediblər. Bu, onların vəhşi atları ovladıqlarını və ətini, eləcə də dərisini istifadə etdiklərini göstərir. Təxmin edilir ki, bu növ buz dövründə kiçik qruplar şəklində yaşayıb və təbii fəlakətlərə qarşı daha həssas olub.

Əldə olunan nümunələr xüsusilə diş quruluşuna görə denisov insanları ilə bəzi oxşarlıqlar göstərir. Alimlərin fikrincə, Homo juluensis tamamilə yox olub, lakin onların genetik izləri müasir insanların bəzi əcdadlarına keçmiş ola bilər.

Bu kəşf, qədim insan növlərinin müxtəlifliyi və onların təkamül yolu ilə bağlı daha dərin anlayış əldə etməyə kömək edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr