Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 51 yaşlı müəllim intihar edib.
Publika.az xəbər verir ki, Sədərək qəsəbə sakini, 1973-cü il təvəllüdlü Yusif Rahim oğlu Həsənov yaşadığı evdə sirkə içərək özünü zəhərləyib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Y.Həsənov müəllim işləyirmiş.
Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.