AZ

Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulub

Nazirlik:
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə birgə nəzarət tədbirləri həyata keçirib. 1news.az FHN-ə istinadən xəbər verir ki, nəzarət tədbirləri İmişli rayonu ərazisində yerləşən Sarısu ovçuluq təsərrüfatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirilib.
Tədbir zamanı ümumilikdə 15 qayıq saxlanılaraq texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb. İstismar qaydalarının tələblərinə cavab verməyən 5 ədəd avarlı qayığın fəaliyyətinə qadağa qoyulub. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndirilib.
Seçilən
5
7
1news.az

9Mənbələr