Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Referans.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilən qətlə yetirdiyi həyat yoldaşının bacısı ilə üz-üzə gəlib.
Şahid kimi məhkəmədə ifadə verən Aytən adlı xanım bacısının sosial şəbəkələrdə canlı açdığını təsdiqləsə də, onun yad kişilərlə əlaqəsindən xəbərinin olmadığını deyib. Buna görə hətta bacısına irad da tutaraq bir də canlı açmamağı tövsiyyə edib.
Təqsirləndirilən Nurəddin Məmmədov isə ailəsinin bu vəziyyətə düşməsində Aytəni günahlandıraraq həyat yoldaşının ölümündə onu səbəbkar bilib. O, Ayşənin əlaqəsi olduğu həmin şəxsləri tanımaqda Aytənin müstəsna rolunun olduğunu deyib.
Qeyd edək ki, Nurəddin Məmmədov sərbəst ifadəsi zamanı evinin yataq otağında həyat yoldaşının yad kişi ilə yarıçılpaq vəziyyətdə danışmasını görərək onun “uşaqlar evdədir, göstərə bilmərəm” deməsini eşidib. Bundan sonra Nurəddin həyat yoldaşını mətbəxə aparıb və onu boğaraq öldürüb.
Sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 11 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib. Müşavirədən sonra hökmə əsasən, Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı videoda: