AZ

Bayden Rusiyanın Ukraynaya hava hücumunu pisləyib

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı hava hücumunu sərt şəkildə qınayaraq, ölkəsinin Ukraynaya dəstəyini bir daha vurğulayıb.

TurkicWorld xəbər verir ki, Ağ Evdən yayılan açıqlamada Bayden, hücumları “şok edici” adlandırıb və ABŞ-ın Ukraynanın azadlıq mübarizəsinə sadiq olduğunu bir daha bəyan edib.

“ABŞ, Ukraynaya dəstək üçün 50-dən çox ölkə ilə birlikdə hərəkət edir,” – deyə Bayden vurğulayıb.

O, hücumlar nəticəsində Ukraynanın bir çox vətəndaşının işıqsız qaldığını qeyd edib və bildirib ki, ABŞ hökuməti qış mövsümünə hazırlıq çərçivəsində Ukraynanın enerji şəbəkəsinin dayanıqlığını artırmaq üçün yardımlarını davam etdirir.

Seçilən
8
6
turkic.world

7Mənbələr