AZ

Zahid Oruc: İlham Əliyevi ilin adamı elan etsələr…

“İlham Əliyevin qələbəsi Ağ Ev, Yelisey və Brüsseldən  icazəsiz qazanıldığı üçün qlobal müharibə partiyası, onun mətbuat şəbəkəsi ölkə rəhbərinə qarşı çirkli kampaniya aparır”. 

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, qələbəmizi əlimizdən almağa, mümkün olmadıqda onu ləkələməyə çalışanlar qorxurlar ki, İlham Əliyevi ilin adamı elan etsələr,  əsarətə və işğala məruz qalan bütün xaqlara lider nümunəsi, millətlərə parlaq simvol verərlər.

“Zəfərdən sonra bütün qitələri, dinləri və mədəniyyətləri İqlim Zirvəsinə toplayan dövlət başçısı dünyadakı siyasi böhranlara və nüvə təhülkəsinə yol verməmək üçün hamını sülhə çağırır. Azərbacanlılar 1989-cu ildə deyil, məhz indi, çoxəsrlik məğlubiyyət və köçkünlük tarixini yendikdən sonra dünyanın bir nömrəli xalqına çevriliblər.

Türk dünyası, müsəlman aləmi, nəhayət, ədalət tərəfdarı olan  hər bir insan Qələbəmizi özününkü saya bilər. “.

Seçilən
6
3
busaat.az

5Mənbələr