Ukrayna ordusu Rusiyanın Qara dənizdə raket daşıyan 6 gəmi saxladığını müəyyənləşdirib. Tribunainfo.az xəbər verir ki, həmin gəmilərdən 3-ü “Klibr” adılı raketlər daşıyırlar.
Ukrayna MN-i bildirib ki, hazırda Azov dənizində rus gəmisi yoxdur. Bundan başqa, Aralıq dənizindən də Rusiyaya hərbi gəmi gəlməyib. Səbəb isə Türkiyənin Bosfor və Dardanel boğazlarını rus gəmilərinin üzünə tam bağlaması olub. Kiyev bu səbəbdən Ankaraya təşəkkür də bildirib: “Əgər Yürkiyə Bosfor və Dardanel boğazlarını tam bağlamasaydı, biz Odessa və Nikolayevi itirəcəkdik. Ankaranın bu addımı bu iki əyaləti qorumağımıza imkan yaratdı və işğaldan sığortaladı”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta