AZ

İnsan alverinə görə 8 il axtarışda olan özbək qadın Türkiyədən deportasiya edilib

İnsan alverində təqsirli bilinərək 8 il axtarışda olan 44 yaşlı Özbəkistan vətəndaşı Tursuntoş Kodirova Türkiyədə saxlanılaraq Daşkəndə deportasiya edilib. O, bu il belə ittihamlarla deportasiya edilən beşinci qadın olub.

Bu barədə Özbəkistanın İstanbuldakı Baş Konsulluğunun mətbuat xidməti məlumat yayıb.

İki ölkənin Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat tədbiri zamanı 1980-ci il təvəllüdlü qadın saxlanılıb. Bu qadının hərəkətindən zərər çəkən vətəndaşlardan Özbəkistanın İstanbuldakı Baş Konsulluğuna, Daxili İşlər Nazirliyinə və ya daxili işlər orqanlarının ərazi bölmələrinə müraciət etmələri xahiş olunur.

Tursuntoş Kodirova ilin əvvəlindən bu, belə ittihamlarla Özbəkistana deportasiya edilən 5-ci qadındır. Yanvarın 10-da “Madam Klod” kimi tanınan Nilufər Mirxanova, yanvarın 24-də Dilnoza Umarova və Mavludaxon Ulmasova, fevralın 21-də “Monya” kimi tanınan Munisaxon Əlijonova deportasiya edilib.

Bundan başqa, noyabr ayında dələduzluq ittihamı ilə 2021-ci ildən axtarışda olan 38 yaşlı Özbəkistan vətəndaşı Türkiyədə saxlanılaraq vətəninə deportasiya edilib.

Oxuməni.az

Seçilən
9
oxumeni.az

1Mənbələr