AZ

Sabiq baş nazir Ukrayna xalqının yoxa çıxacağını proqnozlaşdırıb

“Kadr çatışmazlığı və total səfərbərlik səbəbindən Ukrayna milləti bir neçə nəsildən sonra tamamilə yox ola bilər”. 

Missiya.Az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov özünün “Teleqram” kanalında yazıb.

“Bir neçə nəsildən sonra ölkədə heç bir ukraynalı qalmaya bilər. Ukraynanın 4,5 milyon işçiyə ehtiyacı var. Əhalinin davam edən səfərbərlik prosesi sayəsində bu rəqəm artacaq və demoqrafik böhran daha da pisləşəcək”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, əmək bazarının tələbatını ödəmək üçün Kiyev miqrantları işə cəlb etməli olacaq. 

Azarov qeyd edib ki, postsovet ölkələrinin sakinləri Rusiyaya işləməyə getdiyi üçün Ukraynaya Cənubi və Şərqi Asiya ölkələrindən, məsələn, Filippin və Tailanddan da insanlar gətiriləcək.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr