AZ

Ceyhun Məmmədov: “Bu qanun zəvvarların müqəddəs yerlərə səfərlərini asanlaşdıracaq”

Yazını böyüt
Yazını kiçilt

“Səudiyyə Ərəbistanı azsaylı ölkələrdəndir ki, Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub”.

Hafta.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu anlaşma onun göstəricisidir ki, Azərbaycana olan diqqət etimad getdikcə daha da artır. Azərbaycan bir çox ölkələrlə viza məslələsində anlaşır. Bu həm də xarici siyasətin uğurla həyata keçirilməsidir.

Səudiyyə Ərəbistanın Azərbaycan zəvvarlarının üz tutduğu ölkə olduğunu qeyd edən deputat bu qanunla zəvvarların müqəddəs yerlərə səfərlərinin asanlaşacağını deyib. Onun fikrincə, bu qanun əlaqəllərimizin daha da inkişafına güclənməsinə dəstək verəcək.

Seçilən
5
hafta.az

1Mənbələr