AZ

Finlandiyada Lenin muzeyinin bağlanması Rusiya tarixçilərində təəccüb doğurdu – ÖZƏL

Finlandiyanın Tampere şəhərində Vladimir Leninə həsr olunmuş muzeyin bağlanması Rusiya Tarix Cəmiyyətinin sədri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin təəccübünə səbəb olub. 

Olaylar.az xəbər verir ki, bu barədə o, XX və XXI əsrlərdəki sovet-rus-fin münasibətlərinə həsr olunmuş dəyirmi masa zamanı bildirib.

Tədbirdə Rusiya ilə Finlandiya arasındakı əməkdaşlığın uğurlu nümunələri və silahlı qarşıdurma dövrləri müzakirə edilib. Narışkinin fikrincə, hər iki aspekt dərin elmi təhlilə layiqdir. O, XX əsrin əvvəlində Finlandiyanın Rusiya İmperiyası çərçivəsində geniş muxtariyyət hüquqlarından istifadə etdiyini vurğulayıb. Bu, ölkəyə inqilab sonrası qarışıqlıq dövründə suverenlik iddiası irəli sürməyə və onu Sovet Rusiyasından əldə etməyə imkan verib.

"Bu baxımdan, Finlandiyanın Tampere şəhərində Vladimir İliç Leninə həsr olunmuş muzeyin bağlanması xəbəri, təbii ki, təəccüb doğurur", - deyə Narışkin yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr