AZ

Britaniya silahlı qüvvələri hərbi texnikanı ixtisar edəcək

Böyük Britaniya silahlı qüvvələri hərbi texnikanı ixtisar etmək qərarına gəlib. Müdafiə Nazirliyi onlarla helikopterdən və dörd böyük döyüş gəmisindən imtina edəcək...

Poliqon The National Interest-ə istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri rəhbəri Con Hili bildirib.

"Onların fəaliyyət müddəti bitib. İndi biz gələcəyə baxmalıyıq", deyə nazir qeyd edib.

Con Hili şəxsi heyətdən heç kimin ixtisar olunmayacağına və heyətin yenidən yerləşəcəyinə və ya yenidən hazırlanacağına əmin edib.

Böyük Britaniya Müdafiə Nazirliyi ixtisarın növbəti iki il ərzində 190 milyon dollara, beş il ərzində isə 630 milyon dollara qədər qənaət edəcəyini təxmin edir.

"İxtisarlar Britaniya silahlı qüvvələrinin imkanları və onların Avropanın müdafiəsində aparıcı rol oynamaq qabiliyyəti ilə bağlı narahatlıq yaradır. Kifayət qədər ixtisarla həddindən artıq ixtisarlar arasında incə tarazlıq var", deyə nəşr yazıb.

Nazirlik aydınlaşdırıb ki, planın məqsədi pulun büdcə daxilində saxlanılması və vəsaitlərin başqa məqsədlər üçün yenidən bölüşdürülməsidir.

Noyabrın 23-də Financial Times yazıb ki, Britaniya Silahlı Qüvvələri uzun, gərgin müharibə aparmaq üçün nə saya, nə möhkəmliyə, nə də daxili uyğunluğa malikdir. Nəşr qeyd edir ki, ölkənin kritik infrastrukturunu riskə atan raketdən müdafiə sistemi də yoxdur. Bundan əlavə, donanmada flaqmanlarını qorumaq üçün esmines və sualtı gəmilər yoxdur.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr