"Əliliklə bağlı hər zaman müzakirələr gedir. Bu sahəni araşdıran biri kimi deyə bilərəm ki, 99% halda əliliklə bağlı verilən qərarlar doğrudur. Bu tam qanunvericiliyə uyğun icra olunur. Qanun isə beynəxalq səviyyədə hazırlanan standartlara tam uyğundur. Vətəndaşlar xəstəliklə əliliyi səhv salırlar. Köhnə zehniyyəti dəyişmək bir az zaman alacaq", - deputat noyabrın 29-da "Əhalinin sağlamlığının qorunması haqqında” və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən söyləyib.
Deputat həmçinin səhiyyə sahəsinə olan diqqəti xatırladaraq bildirib ki, bu gün insanlar region bölgələrdə belə sağlamlıqları üçün dövlətin xidmətindən istifadə edə bilirlər.
Gülnar Nazimqızı
www.anews.az