AZ

Türkiyə türkmənlərin məktəbini təmir etdirdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Müdirliyi Əfqanıstanın Badqis vilayətində uçmaq təhlükəsi ilə üzləşən Murçak Təhsil Müəssisəsinin binasının təmirini həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Herat ofisindən verilən açıqlamada uçmaq təhlükəsi ilə üzləşən məktəb binasının təmiri və təchizat işlərinin ölkənin şimal-qərbində, Türkmənistanla sərhəddə Murçak qəsəbəsində həyata keçirildiyi bildirilib. 

Açıqlamada türkmənlərin sıx məskunlaşdığı qəsəbədəki təhsil ocağında 2 minə yaxın şagirdin ibtidai, orta və lisey səviyyələrində təhsilini davam etdirdiyi bildirilib.

Görülən işlər çərçivəsində binanın möhkəmləndirilməsi, qapı-pəncərələrin yenilənməsi, divarların rənglənməsi, sinif otaqlarında parta, stol, stul, yazı lövhəsi və müxtəlif tədris materialları yerləşdirilib.

Məktəbin açılış mərasimində çıxış edən TİKA-nın Herat Ofisi koordinatoru Ərəfat Dəniz TİKA-nın çox uzaq bir yerdə ehtiyacı olan insanlara yardım əlini uzatmasından məmnun olduqlarını və təhsil sahəsində inkişaf layihələrinə dəstəyi artıracaqlarını bildirib. 

Digər tərəfdən, məktəb rəsmiləri bu yardıma görə TİKA və Türkiyəyə təşəkkür ediblər.

Əksəriyyəti türkmən olan məktəbin şagirdləri türkmən, türk, fars və puştu dillərində şeirlər oxuyaraq bayram ediblər.

Seçilən
56
2
cebheinfo.az

4Mənbələr