Suriya Ordusu Hələbin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini ələ keçirən keçmiş Nusra Cəbhəsi terror qruplaşmasının mövqelərinə əks-hücum əməliyyatına başlayıb.
Bu barədə "Al Mayadeen" xəbər verib.
Məlumata görə, hökumət qüvvələri artıq Əl-Bakum şəhərini azad edib.
Noyabrın 27-də baş verən hücum zamanı “Nusra Cəbhəsi”nin terrorçuları və müttəfiq qruplar Hələbə yaxınlaşaraq təhlükəli şəkildə şəhərdən 7-10 km aralıda mövqelər tutublar.
Hökumət qüvvələri cəbhənin bir neçə istiqamətində düşmənin irəliləyişinin qarşısını ala bilib; döyüşdə düşmən bir neçə yüz yaraqlısını itirdi.