AZ

Yunanlar S-300-ü niyə Ukrayana deyil, Ermənistana verir? - ŞƏRH


“Məlum olduğu kimi, Yunanıstan Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcək. NATO dövləti kimi Yunanıstan qarşısında qoyulan əsas tapşırıq S-300 sistemlərini Ukraynaya vermək idi. Yunanıstan isə bu qərardan yayınaraq mövcud sistemləri Ermənistana verməyi üstün tutub. Burada əsas məqam Türkiyə ilə bağlıdır. Yunanıstan Ermənistanla həmrəy olduğunu göstərməklə, həm Rusiya, həm də Türkiyəyə qarşı planlarda iştirak edir".

Bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, Yunanıstan həm də Qərbin Cənubi Qafqazla bağlı planlarında icraçı kimi çıxış edir:

"Vətən Müharibəsi dövründə Yunanıstanın Ermənistana dəstəyi unudulmayıb. İndiki şəraitdə Yunanıstanın Qərbin digər güclü dövlətləri tərəfindən bu prosesə cəlb edilməsi istisna deyil. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qarşısında Yunanıstanın dəstəyi bu tərəfdaşlığa qarşı yönəlmiş hesab edilə bilər. Yunanıstan Ermənistanı ənənəvi müttəfiqi hesab edir".

Sevinc,
BakuPost
Seçilən
11
bakupost.az

1Mənbələr