Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 671,4 manat təşkil edib.
“Far.Az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət sektorunda bu göstərici 1 473,5 manat, özəl sektorda isə 1 813 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,8 %, o cümlədən dövlət sektorunda 15,2 %, özəl sektorunda isə 9,4 % artıb.
Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı oktyabrın 1-nə 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,3 % çoxdur.