AZ

Suriyada qarşıdurmalar davam edir: Müxalif qüvvələr Hələbin mərkəzinə yaxınlaşıb


7NEWS.az xəbər verir ki, Suriyada Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi müxalif qüvvələr Hələbdə rejim qüvvələrinə qarşı böyük əməliyyata başlayıb. İki gündür davam edən qarşıdurmalarda müxalifət Hələbin 1 kilometrliyinə girərək 400 kvadrat kilometr ərazini nəzarətə götürüb. Dünəndən Hələb və İdlibdə 56 yaşayış məntəqəsini ələ keçirən silahlı qruplar çox sayda Əsəd rejimi əsgərini şəhid edib, onlarla əsgəri əsir götürüb. Bildirilib ki, İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Keyumers Purhaşimi Hələbin qərbində təşkil edilən hücumda ölüb.
Seçilən
7
7news.az

1Mənbələr