AZ

Naina gözəllik müsabiqəsində “Merlin Monro” oldu

Əməkdar artist və model Naina İbrahimova Azərbaycanı beynəlxalq gözəllik yarışması “Beauty Queen of the Universe” (Kainat Gözəllik Kraliçası) təmsil etmək üçün hazırda Misirdədir.

OLAY yazır ki, 51 yaşlı sənətçi Qahirədə baş tutacaq yarışma çərçivəsində dünya şöhrətli mərhum pop ulduz Merlin Monronun obrazını canlandırıb. 

N.İbrahimova M.Monro obrazında çəkdirdiyi fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Aktrisa sözügedən paylaşımına ““Beauty Queen of the Universe” məndən Merilin Monronun obrazını təqdim etməyimi istədi. Bu müqavilə zamanı razılaşdırılıb. Bu gün çox gözəl bir gün idi, iştirak edən bütün ölkələrə hörmətim var” şərhini yazıb.

Qeyd edək ki, sözügedən müsabiqəyə 100 ölkədən təmsilçi qatılıb. 

Seçilən
11
olay.az

1Mənbələr