AZ

Meksika Prezidenti Trampı Kuba və Venesuelaya sanksiyaları ləğv etməyə çağırıb

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampı Kubaya ticarət embarqosunu və Venesuelaya qarşı sanksiyalar siyasətini yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, bu cəza tədbirləri vətəndaşlara birbaşa təsir edir və kütləvi miqrasiyaya təkan verir.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Şeynbaum mətbuat konfransında bu məsələni Trampla telefonda danışarkən qaldırdığını bildirib. O əlavə edib ki, ABŞ-ın yeni Prezidenti ilə söhbət zamanı immiqrasiya əsas mövzu olub.

Meksika Prezidenti Kuba və Venesuelaya qarşı sanksiyalara son qoyulması da daxil olmaqla, bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, bu sahələrdə atılacaq konstruktiv addımlar insanların əziyyət çəkməsinə və miqrasiyaya müsbət təsir edəcək. Şeynbaum Meksika hökumətinin kütləvi miqrasiya ilə mübarizə üçün istifadə etdiyi strategiyanı tövsiyə edib və bunun şimala gedən miqrantların sayının azalmasına səbəb olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hərtərəfli strategiya Salvador, Honduras və Qvatemala kimi ölkələrdə işsizliyin səviyyəsini və müvafiq olaraq miqrantların sayını azaldacaq.

Şeynbaumun Trampla telefon danışığı sonuncunun 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra Meksikanın idxalına 25 faizlik rüsum tətbiq edəcəyi və sənədsiz miqrantların kütləvi deportasiyasını həyata keçirəcəyi ilə bağlı təhdidlərinə cavab olaraq ABŞ-ın yeni seçilən Prezidentinə məktubundan bir gün sonra baş tutub.

Seçilən
40
xezerxeber.az

1Mənbələr