AZ

Əmək haqqı kreditləri üzrə standartlarda yumşalma davam edəcək - RƏSMİ

Bakı. Trend:

Bu ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kreditkartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.Banklar sorğuda əməkhaqqı kreditləri üzrə kredit standartlarındayumşalma olduğunu bildiriblər.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşməfəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Qeyd olunub ki, respondentlər cari ilin IV rübündə əmək haqqıkreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kreditkartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağınıproqnozlaşdırırlar.

“Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonundaümumi istehlak kreditlərinə tələb cüzi azalmışdır.İştirak edənrespondentlərin cavablarına görə azalma əsasən kredit kartlarıhesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlakkreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağınıproqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə bankınlikvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarınasərtləşdirici təsir edib. İstehlak kreditləri üzrə standartlardadəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş verib.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin III rüb üzrənəticələrinə əsasən respondent bankların 75%-i əhalinin borclanmasəviyyəsində dəyişiklik olmadığını, 25%-i isə orta dərəcədə artımolduğunu bildirib. Cari ilin əvvəlki rübü ilə müqayisədə 2024-cüilin III rübündə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətlidiffuziya indeksində heç bir dəyişiklik olmayıb”, - deyə məlumatdaqeyd olunub.

Məqalədə:
Seçilən
55
20
az.trend.az

5Mənbələr