AZ

Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi

Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahiblərinin qısamüddətli vizadan azad edilməsini ratifikasiya edib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
 
Sənəd səsverməyə qoyularaq qəbul edilib.
 
Qeyd edək ki, memorandum bu ilin sentyabr ayının 27-də Nyu-York şəhərində imzalanıb.
 
Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan vətəndaşları bir çox ölkələrə vizasız gedirlər:
 
"Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib, Azərbaycanın yanında olub. Azərbaycan bütün platformalarda müdafiə edib. Həmçinin Azərbaycan zəvvarların ən çox üz tutduğu ölkədir. Bu qanun layihəsi vətəndaşların rahat getməsinə, bizim münasibətlərimizə töhfə verəcək. Əlaqələrin inkişafına səbəb olacaq”.
 
Seçilən
34
7
moderator.az

10Mənbələr