AZ

“Hər şeyə hazırıq” – Netanyahu İranın nüvə layihəsindən danışıb

İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyə hazırıq.

“AzPolitika” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin “Kanal 14” televiziyasına müsahibəsində deyib.

“Hizbullah”ın atəşkəsə əməl etməməsi halında daha güclü müharibə olacağını bildirən Netanyahu sözlərinə bu cür davam edib:“Əgər müqavilə ciddi şəkildə pozularsa, biz nəinki dəqiq əməliyyatlar aparacağıq, həm də hər dəfə güc tətbiq edəcəyik. Müqavilə ciddi şəkildə pozulacağı təqdirdə, orduya hərbi əməliyyata hazırlaşmağı tapşırmışam”.

İsrailin Livanın cənubunda niyə bufer zona yaratmadığı sualını cavablandıran Netanyahu quru işğalı təhlükəsinin aradan qalxdığını bildirib. O bildirib ki, İsrail ordusu Livan sərhədində “Hizbullah”ın yerüstü və yeraltı sığınacaqlarını və tunellərini məhv edib.

“AzPolitika.info”

Seçilən
13
azpolitika.info

1Mənbələr