AZ

“Bavariya”nın sabiq futbolçusu MLS-ə gedir

“Bavariya”nın sabiq futbolçusu Erik Maksim Çupo-Motinqin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, kamerunlu hücumçu karyerasını MLS-də davam etdirəcək.

35 yaşlı forvard “Nyu-York Red Bullz”la müqavilə imzalayacaq. Artıq tibbi müayinədən keçən futbolçunun anlaşması 2 illik olacaq. O, yeni klubuna azad agent kimi qoşulacaq.

Qeyd edək ki, ötən mövsümü “Bavariya”da keçirən hücumçu Bundesliqanın 27 oyununda 2 qol vurub.

İdman.biz

Məqalədə:
Seçilən
24
idman.biz

1Mənbələr