Çad Fransa ilə olan müdafiə sahəsindəki əməkdaşlığa son qoyub. Bu qərardan sonra Fransa hərbçiləri ölkədən çıxarılacaq.
Teleqraf.com xeber verir ki, bu barədə Çadın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Artıq nəzərə almaq lazımdır ki, Çad böyüyüb, yetkinləşib və öz suverenliyinə çox həssas yanaşan müstəqil bir dövlətdir”, - məlumatda belə deyilir.
Açıqlama Fransa xarici işlər naziri Jan-Noel Barro Çada səfər etdikdən bir neçə saat sonra verilib.
Müəllif: Qənirə Süleymanova