AZ

Ədliyyə orqanlarına işə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 1 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirəcək.

Modern.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda 185 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər  “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 tapşırıq hüquq və qanunvericilik sahəsi üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Hüquq və qanunvericlik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 , məntiq üzrə isə hər düzgün cavab 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Seçilən
11
9
modern.az

10Mənbələr