“Ümumiyyətlə, sosial layihələr insanda sosial dəyərlərə bağlı olur, onları formalaşdırmağa xidmət edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.
Onun sözlərinə görə, gənclərin, universitet tələbələrinin sosial layihələrə cəlb olunması vacibdir:
“İnsan həyatda inkişaf etmək üçün müxtəlif dəyərlərə üz tutmalıdır. Bunlardan da biri sosial dəyərlərdir. Təbii ki, əsasən də gənclərin sosial layihələrə cəlb olunması onların zehni inkişafında və cəmiyyətə olan uyğunlaşmasında mühüm rol oynayacaq. Sözsüz ki, sosial dəyərlər insanın həyatını nizama salınmasında mühüm bir vasitədir”.
“Sosial dəyərlərdən uzaq olan insan cəmiyyət üçün faydalı ola bilməz. Ən azından bununla bağlı universitet rəhbərliyi də mühüm addımlar atmalıdır. Bu proseslər həm gənclər, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edəcəkdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov