AZ

Ukrayna Cənubi Koreyadan ilk büdcə yardımı alıb

Ukrayna

Ukrayna Koreya Respublikasından 100 milyon dollar məbləğində büdcə yardımı alıb.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, bu, koreyalı tərəfdaşlar tərəfindən sosial sahənin dəstəklənməsinə yönələcək ilk büdcə yardımıdır.

“Bu il hökumətlərimiz arasında 2,1 milyard dollara qədər vəsait toplamağa imkan verən saziş imzalanıb”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyaya gedib. Məqsəd Ukraynadakı müharibəni və Kiyevə mümkün hərbi yardımı müzakirə etməkdir.

Son sosial sorğular göstərir ki, Cənubi Koreyalılar Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə baxmayaraq, Ukraynaya birbaşa silah göndərilməsinə qarşıdırlar. Ukrayna tərəfi isə hər vasitə ilə Cənubi Koreyadan dəstək almağa çalışır. Rusiya da bu məsələdən narahatdır.

ELÇİN
Seçilən
47
reyting.az

1Mənbələr